• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Polşadakı səfirliyi bəyanatla çıxış edib

Azərbaycanın Polşadakı səfirliyi bəyanatla çıxış edib
12.06.2015 18:10
Azərbaycanın Polşadakı səfirliyi İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunlarına qarşı apardığı kampaniya ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, bəyanatda deyilir:
 
"İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi bir qayda olaraq Azərbaycan Respublikasına qarşı qarayaxma kampaniyası ilə məşğuldur. Vahid mərkəzdən idarə olunan bu təşkilat istənilən mövzudan istifadə etməklə Azərbaycan Respublikasının beynəlxalq aləmdə yüksələn nüfuzuna xələl gətirməyi sanki qarşısına məqsəd qoyur. Bu işdə Polşa Respublikasında fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarını da özünə müttəfiq edərək çirkin əməllərini davam etdirir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilib.

Birinci Avropa Oyunlarının başlanmasına demək olar ki saatlar qalır. Milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Azərbaycan Respublikasına gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunları ilə bağlı mövqeyi oyunlarda iştirak edəcək Polşa idmançılarının mövqeyini əks etdirmir. Polşa yığması böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasına yola düşüb və artıq Bakıdadır.

Polşa idmançıları digər ölkələrdən olan idmançılarla yeni-yeni uğurlar qazanmağa hazırlaşır. İnanırıq ki, İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi çirkin  kampaniyalarla həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcək”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol