• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyms Uorlk: “Məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququnu biz də təsdiqləyirik”

Ceyms Uorlk: “Məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququnu biz də təsdiqləyirik”
14.06.2015 11:00
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) Masazırda məcburi köçkün şəhərciyində məcburi köçkünlərlə görüşüblər.
 
APA-nın məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik, Ceyms Uorlikin köməkçisi Deevid Salvo, Anjey Kaspşikin köməkçisi Hristo Hristov, Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin 3-cü katibi Rövşən Səfərov da iştirak ediblər.
 
Həmsədrlər baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun müşayiəti ilə məcburi köçkünlərin yaşadıqları mənzillərə baş çəkib, yaşayış şəraitləri ilə maraqlanıblar. Məcburi köçkünlər əsas arzularının doğma torpaqlarına qayıtmaq olduğunu bildiriblər.
 
Həmsədrlər Zəngilandan olan məcburi köçkün uşaqların təhsil aldıqları orta məktəbdə də olublar. Məcburi köçkün müəllimə Elvira Həsənova həmsədrlərin nə üçün işğalçı Ermənistana və iğala məryz qalan Azərbaycana eyni münasibət bəsləmələrinin səbəbini soruşub, məcburi köçkünlərin torpaqlarına nə vaxt qayıda biləcəkləri ilə bağlı sual verib.
 
C. Uorlik məcburi köçkünlərin torpaqlarına qayıtmasını istədiklərini bildirib: "Tam sülh razılaşması çərçivəsində məcburi köçkünlər, o cümlədən Zəngilandan olan məcburi köçkünlər torpaqlarına qayıdacaqlar. Biz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.
 
Bununla bərabər, bu məsələ Azərbaycan və Ermənistanın siyasi iradəsi ilə həll oluna bilər.  Məcburi köçkünlərin acınacaqlı vəziyyəti bizi çox narahat edir. Bakıda onlar üçün yaxşı şərait yaradılıb. Ancaq məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququnu biz də təsdiqləyirik. Mən inanıram ki, bu orta məktəbdə təhsil alan şagirdlər doğma torpaqlarına qayıdacaq, ermənilərlə birgə qonşuluq şəraitində yaşaya biləcəklər”.
 
Yaşlı məcburi köçkünlərin dünyalarını dəyişərkən öz doğma torpaqlarına dəfn olunmağı vəsiyyət etdikləri də həmsdərlərin diqqətinə çatıdırlıb. C. Uorlik isə deyib ki, xalqlar sülh istəyir: "Biz bu arzunu anlayırıq. Biz vasitəçi kimi sülhün təminatında əlimizdən gələni əsirgəməyəcəyik”.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol