• $
  • €
  • ₽
  • ₺
  • £

"Avropa Məhkəməsinin qərarı Qarabağ münaqişəsinə aid ilk hüquqi məcburiyyətə malik sənəddir"

"Avropa Məhkəməsinin qərarı Qarabağ münaqişəsinə aid ilk hüquqi məcburiyyətə malik sənəddir"
19.06.2015 11:43
 "Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərlə bağlı çıxardığı qərarın hüquqi cəhətdən əhəmiyyəti var. Həmin qərar Dağlıq Qarabağ münaqişəsinə aid olan ilk hüquqi məcburiyyətə malik olan sənəddir. Qarabağla bağlı beynəlxalq təşkilatlar bir çox siyasi qərarlar, qətnamələr qəbul edib. İndi isə bu qətnamələr Avropa məhkəməsinin qərarında da əksini tapıb"

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib. O bildirib ki, ilk dəfədir, bu məsələyə hüquqi müstəvidə qiymət verilib: "Hüquqi sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Onlar artıq deyə bilməzlər ki, "Dağlıq Qarabağda dövlət mövcuddur, Ermənistan dövlətinin buna aidiyyatı yoxdur". Çünki burada göstərilib ki, Dağlıq Qarabağda olan rejim məhz Ermənistanın nəzarətindədir. Mətbuatda bu məsələyə münasibət bildirən azərbaycanlı vəkillər iddia edir ki, həmin qərarda işğal məsələsi göstərilməyib. Lakin əslində, qərarda işğal faktı da əks etdirilib. Avropa Məhkəməsi qeyd edir ki, Ermənistan Azərbaycan torpaqlarında effektiv nəzarəti həyata keçirir. Burada dolayısı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təsdiq olunur. Bilirsiz ki, Ermənistan bir neçə dəfə Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi danışıqlara cəlb etmək istəyib. Artıq, bunu edə bilməz. Məhkəmə qərarında Ermənistanın münaqişədə tərəf olduğu göstərilir.

Hazırda bu məsələ Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətinə verilib. Komitənin sentyabrda keçiriləcək iclasında Azərbaycanın nümayəndə heyəti bu məsələni gündəliyə daxil etməlidir. Artıq Ermənistan məhkəmə qərarını yerinə yetirməyə məcburdur. Dağlıq Qarabağla bağlı minlərlə şikayət ərizəsi Avropa Məhkəməsinə daxil olub. Bu məsələ həmişə Azərbaycan dövlətinin diqqətində olub. Bu, president olaraq, digər ərizələrə baxılması üçün önəmli qərardır".

Ç.Əsgərov Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin şikayətinə gec baxılmasına da münasibət bildirib: "Bir müddət öncə, Avropa Məhkəməsinin keçmiş sədri Jan Pol Kosta demişdi ki, bu məsələ siyasi xarakter daşıdığından, məhkəmə buna baxmamalıdır. Necə olur, Kiprdə, Dnestryanı bölgə ilə bağlı məsələyə baxılır, amma Qarabağ məsələsi arxa plana keçir. Bu, ayrı-seçkilikdir. Daha bir faktı qeyd edim: Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi Avropa Məhkəməsinə şikayət etmişdi və tələb edilmişdi ki, bu məsələ prioritet hesab edilsin. Bu, mümkün olmadı.

Amma Azərbaycanda həbs edilən Leyla Yunus və digərlərinin işinə Avropa məhkəməsində tez bir zamanda baxıldı. Halbuki bu adamlar müstəqil, suveren dövlətdə qanuni məhkəmə qərarı ilə həbs edilib. Buradan görünür ki, onlar məsələlərə ikili standartlarla yanaşır".

Xatırladaq ki, bir neçə gün əvvəl Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayib. Qərarda qeyd olunur ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. Belə ki, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol