İlham Əliyev görüş keçirdi

Azərbaycan prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş prezidenti Raymonds Veyonislə görüşüb.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı R.Veyonisi Latviya prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
R.Veyonis isə Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























