• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan girovlara görə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət

Azərbaycandan girovlara görə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət
29.06.2015 17:45
"Kəlbəcərli girovlarla bağlı nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, nə də kəlbəcərli məcburi köçkünlər tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib”. 

Bu sözləri Modern.az saytına açıqlamasında tanınmış jurnalist, kəlbəcərli girovların hüquqlarını müdafiə komitəsinin üzvü Elxan Salahov deyib.

Onun sözlərinə görə, girovlar Şahbaz Quliyev və Dilqəm əsgərovun yaxınları, onların hüquqlarını müdafiə komitəsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edib: "Müraciətlərə hələ ki reaksiya yoxdur. Onlar bizi inandırmağa çalışırlar ki, bu məsələ mandatlarına uyğun deyil. Girovların azad olunması istiqamətində müdafiə komitəsi kimi Ermənistan hökumətinə müraciət edirik. Onu da bilirik ki, bu müraciətlər qeyri-rəsmidir. Yaxın günlərdə kəlbəcərli girovların ailə üzvləri ilə onların hüquqlarını müdafiə komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır. Bununla bağlı bir toplantı da keçirdəcəyik”.

Elxan Salahov onu da əlavə edib ki, həmyerlilərimizin girov götürüldüyü son bir ildə istər rəsmi, istərsə də qeyri-rəsmi qaydada müraciət etmədikləri təşkilat qalmayıb: "Hətta Qırmızı Xaç Komitəsi ilə telefon əlaqəsi saxlayıb onların ümumi vəziyyətini öyrənirik. Amma çox təəssüf ki, bu istiqamətdə ciddi bir irəliləyiş əldə olunmayıb. Bu ilin aprel ayında Şahbaz Quliyev üzərində öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndidəki xəstəxanada cərrahiyyə əməliyyat aparılıb. Onun səhhəti yaxşı deyil və biz ondan daha çox narahatıq. Təəssüflər olsun ki, bununla bağlı olan müraciətimizin də nəticəsi yoxdur”.

O qeyd edib ki, kəlbəcərli girovlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin görüşmək hüququ var: "Nümayəndəliklə tez-tez əlaqə saxlayırıq. Bizə vaxtaşırı girovlara baş çəkdikləri, səhhətlərinin normal olması və ailə üzvlərinə də məktub göndərdikləri barədə məlumat verirlər. Təbii ki, girovların azad olunması ilə bağlı onların apardıqları işlər bizi qane etmir. Biz BMT-yə müraciətimizdə də bunları qeyd etmişik. Əslində girovlara baş çəkmək, onların azadlığa buraxılması, dəyişdirilməsi ilə bağlı səlahiyyətlərin hamısı Beynəlxalq Qızıl Xaç Komitəsinə aiddir. Buna görə də ATƏT-in Minsk qrupuna göndərdiyimiz müraciətimizə haqlı olaraq cavab gəlir ki, bu, bizim mandatımıza uyğun deyil”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla bir yerdə olan digər azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Ermənilərin təxribatçı adlandırdığı Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” ötən il dekabrın 19-da Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol