• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağdan olan hər bir köçkün Avropa Məhkəməsinə müraciət etsin”

“Qarabağdan olan hər bir köçkün Avropa Məhkəməsinə müraciət etsin”
10.07.2015 12:17
Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın Laçını işğal etdiyi bir daha təsdiqlənib. Laçınlı Çıraqovların öz hüquqlarından istifadə edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmələri və sonda ədalətli qərar çıxarılmasına nail olmaları digər məcburi köçkünlərimiz üçün nümunə sayılmalıdır. Bu istiqamətdə işğal altında olan rayonlarımızın xeyrinə hansısa işlər görülürmü?

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev Modern.az-a açıqlamasında qeyd edib ki, hər bir məcburi köçkün, bütün işğal altında olan rayonlar bu cür təşəbbüslər irəli sürməlidir: "Sənədlərin düzgün tərtib olunmamağı, dil bilməmək kimi məsələlər bu işdə problemlər yaradır. Hər bir vətəndaş bu cür müraciət etməlidir, nəinki məcburi köçkünlər, o cümlədən Ermənistandan gələn qaçqınlar da. Bütün hər şeylərini orada qoyub gəliblər. 
Ermənilər beynəlxalq təşkilatları müxtəlif yalan müraciətlərlə doldurublar. Hətta o vaxtlar ermənilər yazmışdılar ki, Azərbaycan bizim əmanətlərimizi, əmlaklarımızı da qaytarmalıdır”.   

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov qeyd edib ki, 4 rayonu təmsil edir və bu rayonlardan olan məcburi köçkünlər bu cür tələbləri dəfələrlə irəli sürüb, proses bu gün də davam etməkdədir: "Ancaq o məhkəmənin bir proseduru, mexanizmi var. Bu proses 10 ilə yaxın bir müddət idi davam edirdi, nəhayət, bu il icraata götürüldü və qərar qəbul olundu. 
Bizim - xocalılar, şuşalılar, xocavəndlilər, ağdamlılar və digər məcburi köçkünlərin də çoxsaylı müraciətləri var. Ancaq Avropa İnsan Haqları Məhkəməsi, Avropada olan digər insan haqları ilə məşğul olan dairələrin özlərinin prosedur qaydaları, məsələyə baxmaq prizmaları var. 
Biz çox sevindik ki, 10 il müddətində nəhayət, Çıraqovların müraciəti ilə bağlı çox ədalətli qərar verildi və bu qərar təkcə Çıraqovlarla bağlı olmadı, eyni zamanda bu qərar çox dəyərli məqamlara toxundu. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal altında saxlayır. Bu məqamlar orada təsdiq olundu. Bu qərarda milyondan çox insanın 20 ildən artıq məcburi köçkün vəziyyətində yaşaması, Ermənistanın işğalçılıq siyasəti, BMT-nin qətnamələrinin icra olunmaması öz əksini tapdı. Bu son deyil, biz bu istiqamətdə işlər aparırıq və bundan da artıq qətnamələrin, qərarların qəbul olunmasına çalışırıq. 
Ancaq indi Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və ermənilərin mövqeyini bu gün də müdafiə edən digər qurumların bu məsələyə öz prizmaları, öz mənafeləri baxımından yanaşması bu məsələlərin həlli yolunda əngəl törədir. 

Azərbaycan ərazisində 20 ildən artıq yaradılmış separatçı, cinayətkar, terrorçu bir qurum var. O qurum qondarma "Dağlıq Qarabağ Respublikası” adlanır. Yəni, bu cinayətkar, terrorçu, separatçı bir qurumdur. O qurumun rəhbəri Xocalı soyqırımında, başqa işğallarda tanınmış cinayətkar, terrorçudur. Bu gün Böyük Britaniya kimi bir dövlətin rəsmi dövlət qurumları bu cinayətkar, terrorçu, soyqırımı törədəni dəvət edir, onunla dinləmələr keçirir və onları yaşatmaq üçün hərəkətlər edir. Bizi bunlar narahat edir. Bu gün demokratiya, insan hüquqlarından danışan Avropa dövlətləri həmin qurumun öz ərazilərində nümayəndəliklərini yaradır və onlarla əməkdaşlıq edirlər. Biz belə qənaətə gəlirik ki, bunlar ikiüzlü, riyakar, saxtakar, qeyri-səmimidir və heç vaxt torpaqlarımızın işğaldan azad olunması üçün heç bir iş görməyəcək. Buna görə də Azərbaycan öz etirazını bildirməklə bərabər, eyni zamanda özünün hərbi gücünü artırır ki, tədbir görsün və bu cinayətkarları yerində oturtmaq, himayədarlarına qarşı çıxmaq üçün torpaqlarını işğaldan azad etsin. Yəni, burada yalnız Çıraqovlardan, tək-tək insanların taleyindən deyil, 1 milyondan artıq, bütün fundamental hüquqları pozulmuş insanların taleyindən söhbət gedir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol