• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistanın “cəzasızlıq” sindromuna son qoyulmalıdır

XİN: Ermənistanın “cəzasızlıq” sindromuna son qoyulmalıdır
21.07.2015 10:23
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqı Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanla münasibətlərdə diferensial yanaşmanın tətbiq olunmasına çağıran Ermənistan prezidenti əslində mövcud həqiqəti etiraf edir.

"Əlbəttə ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistanla işğala məruz qalan dövlət olan Azərbaycan arasında fərq qoyulmalıdır.  BMT nizamnaməsinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlardan kənar beynəlxalq hüquqi qiymət verilməli və Ermənistanın "cəzasızlıq” sindromuna son qoyulmalıdır.  Avropa İnsan hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar  Ermənistan-Azərbaycan münaqişəsi kontekstində işğalçı dövlət kimi Ermənistanın məhz hüquqi məsuliyyətini müəyyən edən fundamental sənəddir.

100 ilə yaxın dövr ərzində Avropanın edə bilmədiyi birinci Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan Olimpiya idealları və "Olimpiya barışığı” fəlsəfəsinin bütün Avropada, o cümlədən Cənubi Qafqazda təşviqinə əsaslı töhfə vermiş oldu. Avropa Oyunları ərəfəsi və dövründə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsi pozmaqda davam edən Ermənistan Olimpiya idealları və sivil dəyərlərdən tamamilə kanar olduğunu bir daha sübut etdi.

Sülh və barışıq rəmzi olan Ramazan bayramında belə, Ermənistan atəşkəsi pozmaqdan və hətta mülki şəxsləri, o cümlədən uşaqları hədəfə almaqdan çəkinmədi.

1999-cu ildə Ermənistan parlamentində törədilmiş siyasi terror və dövlət çevrilişi ilə hakimiyyətə gələn bu hərbi xunta  və onun müasir davamı 2008-ci ildə saxta prezident seçkilərindən sonra dinc nümayişçiləri odlu silahdan atəşə tutdu və ilk növbədə Ermənistan vətəndaşları üçün böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi.

Ölkəni siyasi-iqtisadi və humanitar fəlakət həddinə çatdıran Ermənistanın kriminal hərbi diktatura rejimi cəbhə xəttində məsuliyyətsiz təxribatçı əməllər törətməklə, əslində diqqəti ölkədaxili ifrat narazılıqdan yayındırmağa və xalqı xof içərisində saxlamağa çalışır.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə H.Hacıyev qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol