Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəldi

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























