• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”

“Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”
22.07.2015 13:19
"Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”

"Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Әliyev Bakıda səfərdə olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: "Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam  edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol