• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni hərbçilərdən təhlükəli addım - VİDEO

Erməni hərbçilərdən təhlükəli addım - VİDEO
22.07.2015 16:59
Ermənistanın sərhəd xəttini Gürcüstana doğru çəkməsi narahatlıq doğurur.

ANS TV-nin məlumatına görə, Marneuli Gürcüstanın Ermənistanla həmsərhəd olan ərazilərindəndir. Marneulinin əsasən azərbaycanlılar yaşayan Sadaxlı kənd ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində ermənilər mövcud olmayan sərhəd xəttini son illərdə bir neçə dəfə irəli çəkiblər. Son hadisə isə insanların daha çox narahatlığına səbəb olub.

Uzun illərdir bu ərazilərdə yaşayan sakinlərin dediyinə görə əvvəllər Gürcüstan-Ermənistan sərhədi dağın yuxarı hissəsi ilə keçirmiş. Bir ay bundan öncə isə sakinlərə məlum olub ki, erməni sərhədçiləri sərhəd xəttini bir qədər də irəli çəkərək dağın ətəyinə doğru eniblər. Beləcə təkcə Təzəkənd ərazisində 130-140 hektar torpaq sahəsi Ermənistan ərazisində qalıb.

Həmin torpaqlarda kəndlilərin becərdiyi məhsullar da qalıb.

Təzəkənd sakini Fərman Əlləzov deyir ki, bu ilin iyun ayında əkin sahələrinə qəflətən erməni əsgərləri daxil olaraq ot sahələrini mənimsəyiblər. 

Sakinlər deyir ki, dəfələrlə bu kəndlərdə onlara məxsus heyvanlar erməni hərbçilər tərəfindən tutulub. Gürcü sərhədçilərin işə qarışması ilə həmin mal-qara bir çox hallarda geri qaytarılsa da bunun mümkün olmadığı vaxtlar da çox olur.

Təzəkənd sakini Zöhrab Nəzərov isə bildirib ki, illər öncə əkin sahəsi kimi sənədləşdirilən torpaqlara indi ermənilər sahib çıxmaq istəyir.

Məsələ ilə bağlı Sadaxlı kənd icra nümayəndəsi Eldar Məmmədov qeyd etdi ki, deyilən ərazilər həqiqətən Ermənistan tərəfinə məxsusdur. Sadəcə əhalinin zamanında düzgün maarifləndirilməməsi səbəbindən onlar bu torpaqların Gürcüstana aid olduğunu zənn edirlər. O əlavə etdi ki, 1948-53-cü illərdə Sovet dönəmində çəkilən xəritədə torpaqlar necə bölünübsə, indidə o qaydada sərhədlər qalmaqdadır.

Ermənistan sərhədçilərinin Gürcüstanın ərazilərinə daxil olması ilə bağlı xəbərlər son günlərdə Gürcüstan mətbuatında geniş yer alıb. Hətta məsələ bu gün parlamentdə müzakirəyə çıxarılacaq. Gürcüstanın digər qonşu ölkələr kimi ermənistanla da sərhəd xəttinin çəkilməməsi bu iki ölkə arasında vaxtaşırı bu cür torpaq mübahisələrinin yaranmasına səbəb olur.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol