• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən rus baykerlərin Qarabağa motoyürüş edəcəyi barədə xəbərlərə münasibət

XİN-dən rus baykerlərin Qarabağa motoyürüş edəcəyi barədə xəbərlərə münasibət
28.07.2015 13:12

Bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsi ilə araşdırılır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın "Noçnıe Volki" (Gecə canavarları" adlı bayker qrupunun Ermənistana və qondarma "Dağlıq Qarabağ Respublikası"na motoyürüş planlaşdırması barədə xəbərlərə münasibət bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə bu qrupun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır və bu barədə əlavə məlumat veriləcək.

"Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın "Dövlət sərhədi haqqında" qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər", - açıqlamada bildirilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol