• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Nikolay Patskeviçlə vidalaşdı

İlham Əliyev Nikolay Patskeviçlə vidalaşdı
10.08.2015 16:50
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

ANN.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, səfir Nikolay Patskeviç ilk növbədə birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və idmançılarımızın əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, birinci Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi işlərində Azərbaycan xalqının vahid bir komanda kimi çıxış etməsini xüsusilə vurğulayaraq dedi ki, Azərbaycan bu tədbirin belə səviyyədə keçirilməsi ilə bir daha özünü bütün dünyaya müasir, müstəqil və inkişaf edən bir ölkə kimi nümayiş etdirdi.

Birinci Avropa Oyunları ilə bağlı deyilən xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın birlik nümayiş etdirdiyini dedi və iki milyondan artıq insanın məşəlin gətirilməsi mərasimlərində iştirak etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini müstəqillik dövründə həm miqyas, həm də milli ruhun yüksək olması baxımından ən böyük hadisələrdən biri kimi qiymətləndirdi.

Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Azərbaycan və Belarus prezidentlərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyduqları vəzifələrin uğurla icra olunduğunu dedi. Əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan səfir ölkələrimizin beynəlxalq səviyyədə də sıx əməkdaşlıq etdiyini bildirdi və Belarus ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı hörmət və səmimi münasibətlərin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarus-Azərbaycan əlaqələrinin dostluq münasibətləri əsasında inkişaf etdiyini vurğuladı. İkitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzuladı.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol