• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA

Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
29.05.2020 12:17

"Əgər mənzil alqı-satqısı zamanı tikilməkdə olan binanın torpağının sənədi yoxdur deyilirsə, bu mümkün deyil”.

 
 
Yeni tikilməkdə olan binalardan mənzil alanların sayının çox olmasına baxmayaraq, bu alqı-satqıdan narazı olanların sayı da az deyil. Mənzil alqı-satqı prosesində yaranan ən böyük problemlərdən biri məhz həmin evlərin çıxarışının (kupçanın) olmaması və yeni tikilməkdə olan binaların, tikintisinin başa çatdıqdan sonra qanunsuz adlandırılmasıdır.
 
 
Mənzil alqı-satqısı prosesində problemlər yaranarsa, bu hansı şəkildə həll edilməlidir? Mənzil sahibi olmaq istəyənlər ilk öncə nələrə diqqət etməlidir? Tikilməkdə olan binanın torpağının sənədi yoxdursa, mənzil sahibi sonradan nə etməlidir? Tikilib qurtarıldıqdan sonra əmlakın qanunsuz olduğu ortaya çıxarsa, mənzil sahibi nə etməlidir?
 
 
Bu sualları cavablandırmaq üçün "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimova müraciət etdik.
 
 

 
Nüsrət İbrahimov ANN.Az saytına açıqlamasında yeni tikilməkdə olan yaşayış binasından ev almaq istəyən sakinlərin ilk öncə diqqət etməli olduğu məsələlərdən söz açıb.
 
 
Onun sözlərinə görə, qeydiyyat üçün yaşayış binasının çıxarışı (kupçası) yoxdursa, həmin mənzili almaq çox risklidir: "Hər bir halda bu addımı atan insan böyük risk edir. Çıxarış varsa, artıq bu vətəndaşın mülkiyyəti hesab olunur. Əgər sonradan bir problem yaranarsa, məhz həmin çıxarış vətəndaşın hüquqlarını müdafiə edəcək (məkhəməyə müraciət etməklə). Bundan başqa mənzil sahibi olmaq istəyən vətəndaş ilk öncə diqqət etməlidir ki, əmlakın çıxarışı yoxdursa, ən azından həmin binanın tikintisinə icazə sənədi (aktı) olmalıdır. Əgər tikintinin icazə aktı varsa, bundan sonra vətəndaş maliyyə sənədlərinin düzgünlüyünə, müqavilənin normal, qaydalara uyğun şəkildə olduğuna fikir verməli  və ödəniş rəsmi şəkildə həyata keçirilməlidir ki, sonradan mübahisə yaranarsa, həmin məbləğin geri qaytarılması mümkün olsun. Ya da məhkəməyə müraciət edən zaman zərərçəkənin əlində dəlil olsun.

Bir sözlə ev alan şəxs bu işdə səhlənkarlıq etməməli, mənzilin, əmlakın sənədləşmə işinə diqqətlə yanaşmalıdır ki, gələcəkdə hər hansı problemlər yaranmasın”.
 
 
Daşınmaz əmlak üzrə ekspert daha sonra bildirib ki, əgər mənzil alqı-satqısı zamanı "tikilməkdə olan binanın torpağının sənədi yoxdur" -  deyilirsə, bu, mümkün deyil: "Ola bilər ki, bu torpaq ya dövlətin mülkiyyətində olsun, ya icarəyə götürülsün, hüquqi-fiziki şəxsdən alqı-satqı etsinlər və yaxud da bələdiyyə ilə razılaşsınlar. Həmin şəxslər bundan sonra baxmalıdırlar ki, bu alınan əmlak dövlətə məxsusdursa, onlar həmin mənzili uzunmüddətli icarəyə götürülə bilər, bələdiyəyə məxsusdursa alqı-satqı edilməlidir”.
 
Ekspert sonda əlavə edib ki, əmlak tikilib qurtardıqdan sonra onun qanunsuz olduğu ortaya çıxarsa, bu zaman vətəndaş həmin bina tikintisi ilə məşğul olan şirkəti məhkəməyə verməlidir: "Belə hal yalnız məhkəmə qaydası ilə öz qanunu həllini tapa bilər”.
 
 
Orxan Aslanlı 

 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Quba bazarı - FOTOREPORTAJ
Foto 12:14
Quba bazarı - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol