• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc yazar Azərbaycan Yazıçılar Birliyindən çıxarıldı

Gənc yazar Azərbaycan Yazıçılar Birliyindən çıxarıldı
11.11.2015 16:55
AYB: Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Kəramət Böyükçöl aşağılayıcı fikirlərini davam etdirib

Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Qərarda deyilir: "Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə, AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol