• $
  • €
  • ₽
  • ₺
  • £

Valyutadəyişmə məntəqələrində dollar qıtlığı...

Valyutadəyişmə məntəqələrində dollar qıtlığı...
28.05.2020 19:11
26-27 dekabr tarixlərində paytaxt Bakıda valyuta dəyişmə məntəqələri işləmir. Bu, şənbə və bazara - qeyri-iş günlərinə təsadüf edir. Şənbə və bazar günləri Mərkəzi Bankla yanaşı, digər banklar üçün də qeyri-iş günüdür.

"Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu da ölkədə dollar qıtlığına səbəb olub.

Valyutadəyişmə məntəqələri 21 dekabrda baş verən devalvasiyadan əvvəl şənbə və bazar günlərində də öz fəaliyyətlərini normal günlərdəki kimi davam etdirirdi. Lakin devalvasiyadan sonra Məkəzi Bank üzən məzənnəyə keçidlə bağlı qərar qəbul etdi.

Mərkəzi Bankın rəsmi saytında manatın məzənnəsi sonuncu dəfə dekabrın 25-də yenilənib. Mərkəzi Bank manatın yeni məzənnəsini elan etmədiyi üçün valyutadəyişmə məntəqələri də işi dayandırıb. Hər kəs yeni iş günündə manatın növbəti dəfə dəyər itirəcəyindən ehtiyatlanır. Mərkəzi Bankın rəsmi saytında 25 dekabra olan məlumat görə, 1 dollar 1.5540 manat təşkil edir.

İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirdi ki, bunun səbəbi valyutadəyişmə məntəqələrinin Mərkəzi Banka inamsızlığıdır: "Vəziyyətin bu həddə çatmasının səbəbi Mərkəzi Bankın və hökumətin xalqla normal əlaqələr qura bilməməsidir. Ən pis hal maliyyə sektorunda təşvişin olmasıdır. Görünən budur ki, təşviş havası daha da artır. Bunun qarşısını almaq üçün insanları inandıra biləcək institutlar, şəxslər yoxdur. Artıq insanlar manata, Mərkəzi Banka və ümumiyyətlə, bank sektoruna inanmırlar. Bu inamsızlıq hökumət üçün çox təhlükəlidir. Şayiələr və təşviş dolların məzənnəsinə də mənfi təsir edir.

Mərkəzi Bankın ilkin açıqlamasında da belə bir məqam var idi ki, valyutadəyişmə məntəqələrində dolların məzənnəsinə birbaşa müdaxilə etməyəcək, sadəcə, nəzarətdə saxlayacaq. Bu açıqlamadan sonra bir çox yerlərdə dolların satışı ümumiyyətlə, dayandırıldı. Bəzi valyutadəyişmə məntəqələrində isə 1 dolları 1.70, 1.80, 1.90 manata satanlar da var. Bu da insanların arasında narahatlığı artırır. Çünki insanların dollarla borcları var. Hər qiymət qalxanda onların borcları da artır.

Valyutadəyişmə məntəqələri də qorxurlar ki, bəlkə iş günü Mərkəzi Bank başqa bir açıqlama verərək, dolların məzənnəsini dəyişə bilər. Onlar da əllərində olan dolları ucuz qiymətə satmaq istəmirlər. Belə olan halda, onlar da ziyana düşə bilirlər. Belə inamsızlığın olması valyuta bazarına mənfi təsir göstərir”.

Ekspert deyir ki, belə hallarda növbəti iş günündə Mərkəzi Bankın verəcəyi rəsmi açıqlamanı gözləmək lazımdır: "Ən yaxşısı iş günün gözləməkdir. Mərkəzi Bank dekabrın 28-də - yeni iş günündə növbəti açıqlamasını yayacaq. Bu zaman manatın məzənnəsinin nə qədər olduğunu bilmək mümkün olacaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol