• $
  • €
  • ₽
  • ₺
  • £

"Mançester Yunayted"in fantastik qələbəsi

"Mançester Yunayted"in fantastik qələbəsi
24.04.2016 11:30
İngiltərə kubokunda ilk finalçı müəyyənləşib. ANS PRESS-in məlumatına görə,"Mançester Yunayted”  yarımfinal mərhələsinin ilk oyununda Liverpul şəhərinin təmsilçisi "Everton” ilə üz üzə gəlib. "Qırmızı Şeytanlar” qalib gələrək finala yüksəlib.

Matçda hesabı "Mançester Yunayted” açıb. Maruan Fellayni Antoni Marsyalınötürməsindən sonra sabiq komandasını məyus edib. 2-ci hissədə Qonaqların hücumçusu Lukaku penalti vuruşundan fərqlənə bilməyib. İspaniyalı qapıçı De Xea mükəmməl qurtarışı ilə komandasını qoldan xilas edib. Lakin "Everton”un  intensiv hücumları sahəsində hesabı tarazlaya bilib. Qonaqların müdafiəçisiKris Smollinq topu uzaqlaşdırmaq istəyəndə  tərs vuruş edərək öz qapısına yönəldib. Oyunun bitməsinə 1 dəqiqə qalmış Marsyal "Everton"un qapıçısı ilə üz üzə çılxıb. Fransalı gənc futbolçu soyuqqanlı zərbə ilə topu uzaq küncə yönəldərək "Everton"u diz üstə qoyub.
 
"Everton" - "Mançester Yunayted" - 1:2

Qollar: Fellaini, 34 (0:1), Smollinq, 75-avtoqol (1:1), Marsyal, 90+3 (1:2)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol