Ermənistanla sərhəddə azərbaycanlı cəsədi tapıldı

Türkiyədə həmyerlisi tərəfindən qətlə yetirildikdən sonra cəsədi kanala atılan azərbaycanlının meyiti tapılıb.
ANS PRESS-in məlumatına görə, 45 yaşlı Asəf İmanov İqdır vilayətinin Bayraqtutan kəndi yaxınlığında birlikdə səfərə çıxdığı tanışı 30 yaşlı Ziyarət Əliyev tərəfindən öldürülüb. Azərbaycanlı kişinin meyitiErmənistan- Türkiyə sərhəddindəki Araz çayında erməni əsgərlər tərəfindən tapılıb.
Məsələ barədə Türkiyənin hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra İqdır valiliyi və mərhumun oğlu Qafar İmanovun da iştirakı ilə hazırda bağlı olan Alican sərhəd məntəqəsində müvafiq ekspertizalar təyin edilib. Q.İmanov atasını əynindəki paltardan tanıyıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















