• $
  • €
  • ₽
  • ₺
  • £

Hamı 50 milyon dolların sahibini axtarır

Hamı 50 milyon dolların sahibini axtarır
08.05.2016 11:00
Kanadanın məşhur "Lotto Max” lotereyasında 50 milyon kanada dolları (38,7 milyon ABŞ dollarına bərabər) udulub. Hadisə şənbə günü baş verib. ANS PRESS-in məlumatına görə, biletin sahibinin kim olduğu hələlik məlum deyil.

"Atlantic Lottery” assosassiyasının dediyinə görə, bilet həqiqidir və  Kvebekşəhərində satılıb. Milyonları qazanmış biletin sahibinin adının nə vaxt açıqlanacağı səbirsizliklə gözlənilir.
 
"Lotto max” lotereyası səs-küylü uduş məbləğləriylə məşhurdur. 2015-ci ilin oktyabr ayında ümumi uduş məbləği 49,5 milyon ABŞ dolları olan lotereya keçirilib. Bu, Kanada tarixində oynanılan ən böyük cek-pot olub.

Keçən ilin dekabr ayında 2-ci ən böyük məbləğli lotereyanı da "Lotto Max” keçirib. Bu dəfə uduş məbləği 46,2 milyon ABŞ dolları olub.










www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol