Azərbaycan -Türkiyə ordusunun döyüş hazırlıqları - VİDEO

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
İstiPress-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlər mayın 5-dək davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















