Təyyarədə sərnişinlər cəhənnəmi yaşadı

Rusiyanın paytaxtı Moskvadan Tailandın paytaxtı Banqkoka uçan təyyarədə qorxulu anlar yaşanıb.
İstiPress "Milliyət”ə istinadən xəbər verir ki, hava boşluğuna düşən Boinq 777-nin sərnişinlərini güclü təzyiq kreslolarından qoparıb.
Ən az 27 nəfərin yaralandığı bildirilir. Yaralıların bədənində çoxlu sınıqlar və çıxıqlar var.
Rusiya səfirliyi yaralanan 24 Rusiya vətəndaşından 15-nin Banqkokdakı xəstəxanalara çatdırıldığını açıqlayıb.
Qeyd edək ki, hadisə təyyarənin enişinə 40 dəqiqə qalmış baş verib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda kabinənin baqaj qapaqlarında qan ləkələrinin olduğu, bəzi sərnişinlərin dəhlizdə yatdığı, yeməklərin təyyarənin içinə töküldüyü görülür.





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















