• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidin kredit borcu bağlanıb

Şəhidin kredit borcu bağlanıb
22.06.2017 20:59
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi Xaliq Əzizzadənin "Para" BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, şəhid ailəsi ilə bağlı məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.

"Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.

Qeyd edək ki, "Para" BOKT ASC şəhidin kredit borcuna görə məhkəməyə müraciət etmişdi.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol