Xalq artisti ölkəni həmişəlik tərk etdi

Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan Xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb.
Yenicag.az xəbər verir ki, aktrisa yenidən geri qayıdacağını deyib.
"Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə – valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəyəm. Sonra yenidən Türkiyəyə qayıdacağam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacağam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəyəm”.
Aktrisa səhhəti ilə bağlı bunları deyib:
"Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacağam”.
Xalq artisti səhnəyə qayıtmayacağını da deyib:
Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















