• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrdə torpaq bazarı...

Bölgələrdə torpaq bazarı...
24.07.2017 19:20
Əvvəlki illərlə müqayisədə torpaq bazarında süstlük müşahidə olunur.
 

Bu barədə Modern.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov məlumat verib.
N.İbrahimov bildirib ki, vətəndaşların əksəriyyəti şəxsi ev tikmir, buna görə də bazardakı qiymətlərdə dəyişiklik yoxdur:
 
"Bakıda torpağın sotu təxminən  4-5 min, bir az kənar qəsəbələrdə 1000-1500 manatadır”.
 
Ekspert bölgələrdə də vəziyyətin təxminən eyni olduğunu vurğulayıb:
 
"Bölgələrdə rayon mərkəzlərində torpağın 1 sotu 3min-8 min-10 min manat arasında dəyişir. Rayon mərkəzlərində torpağın bir sotu 5-10 min manat, nisbətən ucqar yerlərdə 3-6 min manat arasındadır. Kənd yerlərində isə sotu 500 manatdan 3 min manata qədər qiymətə torpaq almaq olar”.
 
N.İbrahimovun sözlərinə görə, Bakı kəndlərilə ilə müqayisədə rayon kəndlərindəki evlərin qiyməti təxminən üst-üstə düşür:
 
"Qiymətlər 30-60 min manat arasında dəyişir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol