700 bal toplayan gənc Almaniyada oxumaq istəyir

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümovdur.
"Birinci imtahanda 675 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, balımı artırım. Valideynlərimin və müəllimlərimin əziyyətinin qarşılığını vermək üçün mütləq 700 bal toplamalıydım”.
Hələlik bir il Azərbaycan Tibb Universitetində (ATU) oxumaq istədiyini deyən Z.Müslümov daha sonra təhsilini Almaniyada davam etdirmək niyyətindədir.
"Hazırlığa getməmişəm və məktəb müəllimlərimlə məşğul olmuşam. Fənn olimpiyadalarında iştirak etsəm də, heç vaxt uğur qazanmamışam”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























