• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Malay-Yevlax dəmir yolu əsaslı təmir olunur

Azərbaycanda Malay-Yevlax dəmir yolu əsaslı təmir olunur
07.08.2017 18:20
Təmir işləri bir həftə davam edəcək.

Bu gün Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolunun Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədi ilə "Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel” şirkətləri arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 328 km dəmir yolu əsaslı təmir olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol