Qayınanası Elza Seyidcahanı döyüb

"19 yaşımda mənim 2 övladım var idi. 17 yaşım tamam olmamış ərə
getdim. Toy qərarını oğlan evi aldı. Dedilər ki, verməlisiz, almalıyıq
və getməliyik. Nənəmgilə getmişdilər. Nənəm elə bilmişdi ki, artıq
bunlar "hə" alıblar. Ona görə də razılaşmışdı. Yuxudaydım, bir də gördüm
qapı açıldı. Qayınanam boğazımdan elə sıxdı ki, az qalmışdı sümüklərim
sınsın. Dedilər ki, zarafatdır. 6-7 ilə yaxın ailəli qaldım”.
"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan ARB TV-nin "Boş anlar” verilişində deyib.
Sonda müğənninin bacısı Rasimə Seyidcahan Muradova
hətta qayınanasının Elzaya şər atdığını da deyib: "Yoldaşı işdən gələndə
Elza ona çay süzmək istəyirdi. Artıq nə edirdisə, bu arvadı
qıcıqlandırırdı. Elza çay süzəndə qayınanası gəlib saçından tutmuşdu.
Elzanın da əlində çaynik olmuşdu. Elza deyir ki, imkan vermir əlimdən
çayniki qoyum sözümü deyim. Üstünə bir az su tökülüb. Qayınanası gedib
xəstəxanada yatmışdı ki, gəlin mənim üstümə isti su tökdü. Yoldaşı o
vaxt qorxmuşdu. Demişdi ki, səni aparım anangilə, özüm də Rusiyaya
işləməyə gedim".
www.anews.az
"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan ARB TV-nin "Boş anlar” verilişində deyib.
Müğənni
ailəsini qayınanasının dağıtdığını bildirib: "Biz 12 il boşanmadıq,
istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində bizim ailəmizdə
problem olmayıb. Sadəcə kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə
olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da
oxutdu.
Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə
götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm.
"Şəhidlər balladası”ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar
sarayında şəhidlərin birinci il dönümündə mənə təklif etdilər ki, siz
bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam
xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül
verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum
və getmədim”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















