Məktəb idarəetməsi mövzusunda beynəlxalq seminar kecirilib

Sentyabrın
28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa
Komissiyasının TAIEX proqramı çərçivəsində "Məktəb idarəetməsi”
mövzusunda beynəlxalq seminar işə başlayıb.
İkigünlük
seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq
əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi
təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir.
İdarə
müdiri onu da bildirib ki, səmərəli məktəb idarəetməsi modelinin
yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir edən işlərin
həyata keçirilməsi vacib amillərdəndir.
Təhsildə
yeniliyə, islahatlara geniş yer verildiyini söyləyən BŞTİ-nin müdir
müavini Hüseyn Əsgərov İKT-nin təhsildə tətbiqi və istedadlı şagirdlərlə
işin təşkili məsələləri barədə fikirlərini bildirib.
Seminar
zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatla çıxış edib, BŞTİ
ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Təhsil əlaqələrinin
ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı da qeyd
olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















