• $
  • €
  • ₽
  • ₺
  • £

DGK “Sədərək” və “Binə”də əməliyyat keçirdi

DGK “Sədərək” və “Binə”də əməliyyat keçirdi
20.12.2017 22:04
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.


Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, idarə əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək” və "Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.


Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol