• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə sistemində 36 saxtakar aşkarlandı

Səhiyyə sistemində 36 saxtakar aşkarlandı
04.01.2018 11:27
Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) tərəfindən verilənlərdir.

Sektor müdiri əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.

Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan saxta diplomların 10 faizi xarici ölkələrdə oxuyub geri qayıdan şəxslərə aiddir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol