• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda “təcili yardım” istehsal olunacaq

Naxçıvanda “təcili yardım” istehsal olunacaq
10.02.2018 11:46
Naxçıvanda təcili tibbi yardın maşınları istehsal olunacaq. 

"Qafqazinfo” xəbər verir ki, bu haqda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov göstəriş verib. Ötən gün sahibkarlarla görüş keçirən V. Talıbov yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi haqda tövssiyələrini verib. Həmçinin, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan "NAZLifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıq verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol