• $
  • €
  • ₽
  • ₺
  • £

IDEAL ikinci ən böyük filialını müştərilərin xidmətinə verdi

IDEAL ikinci ən böyük filialını müştərilərin xidmətinə verdi
05.03.2018 23:35

4 mart 2018-cı ildə "İDEAL MMC” Nefmall ticarət mərkəzində Azərbaycanın və bütün Qafqazın ən böyük, MDB ölkələri və Avropada isə  sahəsinə görə ilk beşliyə daxil olan parfüm və kosmetika mağazasını müştərilərin istifadəsinə verdi.

Yeni filialın açılışına Azərbaycanın tanınmış bloggerləri və jurnalistləri də qatıldılar. Tədbirin iştirakçılarına "Ideal perfumery & cosmetics”  mağazalar şəbəkəsinin rəhbərliyi tərəfindən dəyərli hədiyyələr təqdim edildi. Filialda stilist-vizajistlər xanımları xarici kosmetika brendlərinin yeni məhsulları ilə tanış etdilər.

Yeni mağaza "Nefmall” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir. Mağazanın  dizaynında ağ-qara rənglərin yüksəksəviyyəli işıqlandırılmasında Avropanın qabaqcıl ətir və kosmetika brendləri, dəb və dizayn dünyasının ən yeni texnologiyaları ilə vəhdət təşkil edir.
 
Burada dünyanın ən seçmə markalarının təqdim etdiyi ətriyyat, dəri üçün qulluq vasitələri, kosmetika və aksesuarlar təqdim edilib.

Niş ətirlərin pərəstişkarları da diqqətdən kənarda qalmayıb. Onlar üçün də brend və çeşid bolluğu  mağazada öz əksini tapıb. Yeni filialın əvvəlkilərdən fərqi ondadır ki, burada yerli brendlərin sayı artıb.

Qeyd edək ki, "İdeal” mağazalar şəbəkəsi, nəinki təklif etdiyi məhsulların çeşid bolluğu, həmçinin təqdim olunan münasib qiymətlərlə də müştərilərin qəlbini fəth edəcək. Hazırda "İdeal”ın bütün filiallarında 8 Mart Qadınlar Bayramı münasibətilə kampaniya keçirilir. 

         
Bildirmək istərdik ki, İDEAL yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə  yalnız orjinal məhsullar təqdim edir.
Həmçinin dünyada məşhur olan M.A.C brendinin Azərbaycanda yeganə rəsmi təmsilçisidir.

Şirkət haqqında ümumi məlumat: "İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib.Bakıda 13 filialı fəaliyyət göstərir ki, bunlardan 2 ən böyüyü "Gənclikmall” və "Nefmall”da yerləşir. 200.000-ə yaxın müştəri şəbəkənin daimi alıcı kartının sahibidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol