• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı Rusiyadakı filiallarını bağlayır

Azərbaycan Beynəlxalq Bankı Rusiyadakı filiallarını bağlayır
06.03.2018 17:21
Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - "MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib. Söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.

Bankdan verilən məlumata görə, həmin filialların bağlanması barədə qərar diqqəti "MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə ayırmaq məqsədi daşıyır.
Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol