• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Dəryanın xanımı: "Oğlumu atasının məzarından ayıra bilmirəm"

Hüseyn Dəryanın xanımı: "Oğlumu atasının məzarından ayıra bilmirəm"
03.05.2018 20:56
Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova və oğlu Cahangir Kənan M.M-in çəkdiyi filmin qala gecəsində iştirak edib. Ana və oğul fotokameramıza poz verib.

Yenicag.az-a açıqlama verən Sona oğlundan danışıb:


"Hüseynin ölümündən sonra bizimlə maraqlanan, kömək edən yeganə sənət adamı Kənandır. Oğluma həmişə dəstək olub. Cahangirin reper Dado ilə repləri lentə yazılıb. Gələcəkdə atasının sənətini yaşadacaq. Amma hələ ki, istəyirəm dərsləri ilə məşğul olsun. İngilis dili öyrənir, idmanla məşğul olur”.

Cahangirin atasını unuda bimədiyini deyən Sona onu tez-tez atasının qəbrinə ziyarətə apardığını bildirib:

"Cahangir atasını unuda bilmir, tez-tez deyir ki, atamı görmək istəyirəm, gedək görək. Ayda 5-6 dəfə məzarını ziyarət edirik. Cahangiri atasının məzarından ayıra bilmirəm”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol