"Grand Hospital” kimə satılıb?

Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.
Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul Ömərov
Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.
Hazırda klinikada gərgin vəziyyət hökm sürür.
Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















