• $
  • €
  • ₽
  • ₺
  • £

Dinə görə adam öldürən şəxsi hansı cəza gözləyir? - Qurandan ayə

Dinə görə adam öldürən şəxsi hansı cəza gözləyir? - Qurandan ayə
16.07.2018 14:51
"Dinlə dövlətin münasibətlərinin yüksək səviyyədə olması, sabitliyin əsas şərtidir".

Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev "Media: dini radikalizmlə mübarizə" adlı tədbirdə dilə gətirib.


Onun sözlərinə görə, bu hadisələrdən yazarkən media radikalizmə addım atan, din adından sui-istifadə edənlər şəklində ifadələrdən istifadə etməsi daha doğru olardı:

"Çünki din pərdəsi altında cinayət törətmək olmaz. Media bu məqamlarda ehtiyatlı olmalıdır. Radikalizm islamın nifrət etdiyi əməldir. Din sivil bir cəmiyyət təşkil etmə baxımında mühüm rol oynayır. İslam dinində əxlaq prinsipləri mühüm yer tutur. Bu gün bəzi qruplar qanun çıxarır ki, kimisə öldürsün. Bu, düzgün deyil, bunun islamla heç bir əlaqəsi ola bilməz. Quranda belə bir ayə var ki, kimsə yer üzündə bir nəfəri öldürsə, o hər kəsi öldürmüş kimi olur".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol