• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli qəza: Nənə və nəvə öldü

Bakıda dəhşətli qəza: Nənə və nəvə öldü
29.09.2018 13:15


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi "Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər.
Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol