• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxt hamamlarında 1 nəfərin istirahəti neçəyə başa gəlir? - VİDEO

Paytaxt hamamlarında 1 nəfərin istirahəti neçəyə başa gəlir? - VİDEO
15.10.2018 09:57
Havalar soyuduqca hamamlara üz tutanların sayı artıb. Hamamlara giriş 10-14 manat arasında dəyişir. Bu arada Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə xəbərdarlıqedib ki, özəl hamamlarda həkimin olması mütləqdir. Hamamdakı işçilərisə mütləq ildə bir dəfə tam tibbi müayinədən keçirilməlidir.

Bəziləri kisələnir, bəziləri isə saunadan çıxaraq soyuq su hovuzuna atlanır.

Havaların soyuması ilə hamamlara üz tutanların sayı artıb. Bakıda əksər hamamların 1 nəfər üçün giriş qiyməti10-14 manat arasında dəyişir.Qiymətlər əvvəlki illə müqayisədədəyişməz olaraq qalıb.

VIP otaqları olan hamamlarda isə qiymətlər40-50 manat arasında dəyişir. Bu otaq isə xüsusi olaraq görnüşü ilə göz oxşayan ağaclarla dizayn edilib. Buradakıistilik odundan əldə olunur ki, həmin odunları da elə müştərilər özləri sobaya atırlar

Belə hamamlarda masaj, kisə və bu kimi xidmətərdə göstərilir ki, bunların qiymətidə 10-30 manat arasında dəyişir...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, özəl hamamlarda həkimin olması mütləq vacibdir. Bu hamamlarda həmçinin gündəlik təmizlik işləri aparılmalı, suyun temperatur rejimi gözlənilməlidir. Həmin hamamlarda çalışan işçilər isə mütləq ildə bir dəfə tam tibbi müayinədən keçirilməlidir.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol