• $
  • €
  • ₽
  • ₺
  • £

Arda Turanın həbsi üçün HƏRƏKƏTƏ KEÇİLDİ

Arda Turanın həbsi üçün HƏRƏKƏTƏ KEÇİLDİ
15.10.2018 22:00
Müğənni Berkay Şahinin vəkili futbolçu Arda Turan haqqında həbs qərarı çıxarılması üçün prokurorluğa ərizə verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil Ayşegül Mermer prokurorluğa təqdim etdiyi ərizədə Arda Turanın "İctimai təhlükəsizliyi qəsdən pozmaq, silahlı təhdid, qanunsuz silah gəzdirmək, saxlamaq və sözlə təcavüz" cinayətlərinin işlədiyi bildirilərək günahkarın mühakimə olunması tələbi ilə çıxış edib.

Xatırladaq ki, futbolçu Arda Turan "Gizli Kalsın” adlı məkanda müğənni Berkayın burnunu sındırıb. İddialara görə, məşhurlar arasındakı mübahisə futbolçunun müğənninin xanımına sataşması üstündə düşüb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol