• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur professordan çox faydalı recept

Məşhur professordan çox faydalı recept
08.12.2018 21:48

Professor Doktor Canan Karatay qışda bədənin şəkər ehtiyacını qarşılayan, amma kökəltməyən təbii şirniyyat reseptini açıqlayıb.
 
Publika xəbər verir ki, onun sözlərinə görə, faydalı borani deserti bədəni toksinlərdən təmizləyərək immuniteti gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərin qarşısını alır.

Canan Karatay sözlərinə onu da əlavə edib ki, tərkibində şəkər olmadığı üçün bu desert artıq çəkiyə səbəb olmur.
İnqrediyentlər:
2 dilim şirin balqabaq
1 ədəd alma
2 ədəd portağal
Yarım stəkan qoz
½ stəkan quru üzüm
1 ədəd çubuq darçın
1 yemək qaşığı kərə yağı
Hazırlanması:
Balqabaq, alma və portağalı səliqə ilə istədiyiniz ölçüdə dilimləyin. Portağalın ağ hissələrini mümkün olduqda soymayın. Doğranmış meyvələri istiliyə davamlı şüşə qaba yerləşdirin. Sonra üzərinə qoz, kişmiş və darçın əlavə edib kərə yağı dilimlərini üzərinə düzün. Şüşə məcməyini yağlı kağız ilə bağlayıb 180 dərəcə sobada 35 dəqiqə bişirin.
Soyuq olaraq servis edin.
Nuş olsun!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol