• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyinin səlahiyyəti artırıldı - Prezident fərmanı

Vergilər Nazirliyinin səlahiyyəti artırıldı - Prezident fərmanı
22.12.2018 09:47

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Qafqazinfo” xəbər verir ki, bu dəyişiklər Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlıdır.

Belə ki, bundan sonra vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı inzibati protokolu Vergilər Nazirliyi tərtib edəcək.

İnzibati Xətalar Məcəlləsinin 460-cı (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsinə əsasən, az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

Bu maddədə "az miqdar” dedikdə, 20 min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
İndiyədək işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə inzibati protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərtib edirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol