• $
  • €
  • ₽
  • ₺
  • £

5 il sonra ortaya çıxan Bağdadi yenə qaçdı

5 il sonra ortaya çıxan Bağdadi yenə qaçdı
04.05.2019 17:20
İraq terrorçulara qarşı Suriyada gizli əməliyyat keçirib

İraqın Daxili İşlər Nazirliyi Suriyanın daxilində terror təşkilatı olan İŞİD-a qarşı əməliyyat keçirib. Məlumata görə, ölümü haqqında yayılan xəbərlərdən sonra 5 il sonra ilk dəfə ortaya çıxan baş terrorçu Əl-Bağdadi əməliyyat zamanı qaçıb. 

Nazirliyin kəşfiyyat idarəsinin başçısı Əbu Əli es-Sabrinin sözlərinə görə, əməliyyat gizlin olub. Əməliyyat zamanı təşkilatın əsas simalarından bəziləri də zərərsizləşdirilib. "Bağdadi və onun yanındakı terrorçular isə əməliyyat başlayan zaman bölgədən qaça biliblər”. 
O, əməliyyatın Suriyanın hansı bölgəsində olduğu açıqlamayıb. 

Xatırladaq ki, Əbubəkr Bağdadinin öldürülməsi ilə bağlı dəfələrlə məlumat yayaılıb. Hər dəfə bu xəbərlər təkzib edilmişdi. Son olaraq bir neçə il öncə ABŞ İŞİD terror qruplaşması liderinin zərərsizləşdirildiyini açıqlamışdı. Lakin bir necə gün öncə onun video görüntüləri yayaılıb. Bu bağdadinin son 5 ildə ilk görüntüsü olub.  /istipress.com/




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol