Unibank Rio de Janeyroya gedəcək 4 gənci tapdı

Yüksələn emosiyalar, həyəcan, gərginlik və hisslərlə yadda qalan "Traveler’s Mind: Rio edition” yarışı mayın 26-da "Holiday Inn” mehmanxanasında keçirilib.
Artıq ikinci ildir ki, "Unibank”ın Baş Sponsorluğu və "Vizam.az”-ın
təşkilatçılığı ilə həyata keçirilən bu tədbirin əsas məqsədi səyahət
həvəskarlarını bir araya toplamaqla yanaşı, həm də onların intellektual
biliklərini sınamaqdır.
Yarış suallarının ümumi mövzusu ölkələr, onların coğrafiyası, maraqlı
faktlar və ən əsası səyahətlə bağlı idi. Hər il 50 komanda tərkibində birləşən
200 intellektual beynin bilik savaşında bu il qalib "Gəzməyənlər” komandası adı
ilə oynayan Ülvi Mehraliyev, Murad Muradov, Azər Abasəliyev, Qorqud İsrəfilzadə
olub. Onlar xəyalların ölkəsi olan Braziliyanın arzulanan şəhəri Rio de Janeyroya
gediş-gəliş bileti qazanıblar.
2-ci və 3-cü yer sahibləri "Unibank”dan "UniMiles” kartı və Vizam.az şirkətindən isə pulsuz viza dəstəyi xidməti ilə mükafatlandırılıblar.
"Vitam”, "Brandup”, "Ballı Bisi”, "Apeiron Group” şirkətləri, "Gəzəyənlər” səyahət cəmiyyəti də tədbirə dəstək olanlar sırasındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















