Pozner: “Azərbaycanlılar anlamalıdırlar ki, mənim qəlbim ermənilərlədir”

Məşhur jurnalist və teleaparıcı Vladimir Pozner təəssüf edir ki, bu yaxınlar Ermənistana səfər etdiyi vaxt Dağlıq Qarabağa getməyə imkan tapmayıb. Bu barədə o, Ermənistanın İctimai televiziyasına verdiyi müsahibədə deyib.
Pozner qeyd edib ki, Ermənistana və ermənilərə böyük simpatiya ilə yanaşır və erməniləri "çox ağıllı” hesab edir. Jurnalist vurğulayıb ki, ermənilərin çətin vəziyyətlərdə yaşamaq və sağ qalmaq kimi unikal qabiliyyətləri onu cəlb edir. Eyni zamanda, ermənilərin "heç nəyə baxmayaraq, həyat zövq almaq” bacarıqları xoşuna gəlir.
Bununla birlikdə, Pozner bildirib ki, onu Bakının "qara siyahı”sı maraqlandırmır, hər şeydən savayı, bu siyahı onda gülüş doğurur.
"Məni qara siyahıya salacaqlar, nə olsun? Düşünürəm ki, bundan sonra gecələr sakit yatmaqda davam edəcəyəm”, - jurnalist vurğulayıb.
Pozner eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla ünsiyyətdən sonrakı təəssüratları ilə bölüşüb. Onun sözlərinə görə, hökumət başçısı üçün jurnalist peşəsi vacib olaraq qalır, bəlkə də ən vacibidir.
(virtualaz.org)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















