Şamaxıda ağır qəza — İki qardaş öldü

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.anews.az
Report xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 qardaş ölüb, bir neçə nəfər yaralanıb. Qardaşlardan biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















