• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Enerji Xartiyası Forumunda təmsil olunacaq

Azərbaycan Beynəlxalq Enerji Xartiyası  Forumunda təmsil olunacaq
11.06.2019 10:31
Cari ilin 13 iyun tarixində Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu  keçiriləcək. Forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil
edəcək. Nazir müavininin "Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub.
2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol