Fiziki məhdud uşqlar Bank Respublika ilə birgə Mən də Bacararam deyə səsləndilər!

Ölkə bankları arasında davamlı olaraq həyata
keçirdiyi sosial layihələrlə fərqlənən Bank Respublika, daha bir fərqli və
xeyirxah layihəyə imza atıb. Bank bu dəfə "Bacarıqlı Əllər Dünyası” İctimai
Birliyi ilə birgə fiziki məhdud uşaqlar üçün "Mən də bacararam!”adlı sosial
layihə həyata keçirib.
Layihənin sonunda, ilk dəfə olaraq Bankın Baş ofisində uşaqların
hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və
müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən
hazırlanan əl işləri satın alınıb. Sərgidə iştirak edən uşaqların öz zəhmətləri
ilə hazırladıqları əl işlərinin satışının baş tutması halı çox sevindirib.
Bununla da uşaqlar fiziki məhdud olsalar belə "Mən də bacararam!” deyə səsləniblər!
Daha
ətraflı məlumatı bankın rəsmi internet
saytında, facebook
səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.





www.anews.az
Belə ki, 1 ay davam edən layihə çərçivəsində fiziki
məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təlimlərin keçirilməsində
əsas məqsəd fiziki məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, əl
işləri sənətinə yiyələnərək rifah halının yüksəldilməsinə yardımçı olmaq idi. Təcrübəli
müəllim və psixoloqlar tərəfindən aparılan təlimlər uşaqlar tərəfindən çox
maraqla qarşılanıb. Şən abu-havada davam edən dərslərdə uşaqlar müxtəlif əl işləri
sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib.
Qeyd edək ki, satılan əl işlərindən yığılan bütün məbləğ
uşaqlara verilib.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət
siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan
sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa
davam edəcək.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















