• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Şirəliyevdən yeni - TƏYİNAT

Oqtay Şirəliyevdən yeni - TƏYİNAT
04.11.2019 15:25
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri Rəşad Şolan Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub.

Bu barədə Modern.az-a Mərkəzdən verilən məlumatda bildirilib. 
Qeyd edilib ki, Rəşad Şolan icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb.

O, özü haqqında bu ifadəni təkrarlamağı sevir: "Mən həm insan kimi radikalam, həm də cərrah kimi”. Yerli media onu virtuoz cərrahi istedadına görə "qızıl əllər” kimi qələmə verir.

R.Şolan cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol