• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək

Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
13.11.2019 17:58
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidəçilər göndərəcək.
 
Bunu "Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze deyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan MSK-dan artıq dəvət alıb: "Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Azərbaycandakı bələdiyyə seçkilərini mütləq müşahidə edəcəklər. Azərbaycana neçə müşahidəçinin göndəriləcəyi barədə hələlik qərar qəbul edilməyib”.
Qeyd edək ki, ötən gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bələdiyyə seçkilərində müşahidəçilərin iştirakı ilə bağlı 15 ölkənin MSK-sına dəvətlər göndərildiyini bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol