Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir

Gənclər Fondunun maliyyə yardımı ilə "Müasir Gənclərin
İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən sentyabrın 1-dən icrasına
başlanmış "Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin
peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində Lənkəran
şəhərində ölkə gənclərini əhatə edən üçgünlük təlim və təcrübə proqramı
həyata keçirilib.
M.Əliyev, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər
siyasətindən danışıb. O, gənclərin bütün sahələrdə, o cümlədən
sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək, turizm istiqamətində
fəaliyyətin önəmini vurğulayıb.
Təlimdə biznes və karyera planlaşdırılması üzrə beynəlxalq təlimçi
Rafət Şirəliyev sahibkarlıq fəaliyyəti, ideyanın müəyyən edilməsi,
biznes plan və strukturu, marketinq planı, rəqiblərin təhlili, reklam
üsulları, ölkəmizdə turizm sahəsində qəbul edilən son sərəncamlar və
qanunlar, turizm sahəsində fəaliyyət göstərən qurumlar, turizm
sahibkarlığının növləri, turların təşkili, bələdçilik fəaliyyəti,
ölkəmizdə turizmin inkişafı üçün təkliflər və sair mövzularda çıxış
edib.
Tədbirin üçüncü günü isə tədbir iştirakçıları üçün Xanbulan gölünə və
Hirkan Milli Parkının ərazisindəki dəmirağac meşəliyinə, Astara
rayonundakı "Ləm” yay evinə, "Yanar bulağ”a, Ərçivan kəndindəki XIX əsrə
aid hamama və Astara şəhərində yerləşən yeni salınmış Park-Bulvar
ərazisinə, Lənkəran şəhərindəki Xan evinə və Dairəvi qalaya turlar
təşkil olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















