• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynəb Xanlarova niyə ABŞ-a köçüb? - Köməkçisindən AÇIQLAMA

Zeynəb Xanlarova niyə ABŞ-a köçüb? - Köməkçisindən AÇIQLAMA
11.12.2019 18:18
"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.
Anews.az  modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.
Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol